Uzun illər Binəqədi rayonu Xocasən bələdiyyəsinin sədri vəzifəsində çalışmış, hazırda Xocasən bələdiyyəsinin üzvü olan Məhərrəm əsgərov bələdiyyələrin və assosiasiyaların birləşdirilməsi məsələsiylə bağlı maraqlı açıqlama ilə çıxış edib.
Bələdiyyə üzvünün sözlərinə görə, bu gün ölkə üzrə 1606 bələdiyyənin olması məqbul sayılmır. Bizim ölkə ərazisində olan ölkələrdə bələdiyyələrin sayı 400-500 keçmir. Belə olan halda Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyylərinin Milli Assosiasiyasının birləşdirilməsi məsələsi də gündəmə gəlır. Nəzərə alsaq ki, assosiasiyalar tərəfindən pandomiya şəraitindən müəyyən addımlar atılsa da açıq etiraf edək ki, atılan addımlar simvolik xarakter daşımış oldu. Bu qurumun da fəaliyyətinin əsas məqsədi bələdiyyələrə metodik dəstəyin göstərliməsi, qarşılaşdığı problemlərin ictimailəşdirillməsi və həlli istiqamətində addımların atılması olmalıdır.
Ancaq assosiasiyalar indiki kimi işləməkdənsə ləğv olunsalar daha məqsədə uyğundur. Bələdiyyələr də mənasız üzvlük haqqından azad olardılar. Amma birləşib birgə fəaliyyət göstərməsi də məqbul sayıla bilər. Ancaq bu halda assosiasiya sədri bələdiyyə sədri olmasa daha səmərəli olar. Bələdiyyyə ilə bağlı olmayan şəxsin assosiasiya sədri olması o şəxsin bütün vaxtını və enerjisini assosiasiyanın işinə sərf etməsi və ümumi işlərdə də “axsamaq məsələsi”nin azalması kimi başa düşülməlidir.
Belediyye.info